Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub. pizza
Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.
Telegram kanalımız