Rusiya hökuməti 2026-cı ilin 30 noyabr tarixinə qədər aviasiya yanacağı ixracına müvəqqəti qadağa qoyduğunu açıqlayıb.


 


Sfera.az xəbər verir ki, açıqlamada bu qərarın məqsədinin daxili yanacaq bazarında sabit bir vəziyyəti təmin etmək olduğu bildirilib.


 


Bununla belə bəyanatda hökumətlərarası müqavilələr çərçivəsində edilən tədarüklərin qadağadan azad ediləcəyi də qeyd olunub.


 


Qeyd edək ki, bu ilin aprelin 1-dən Rusiyadan benzin ixracı da qadağan edilib. Qadağalara səbəb son aylarda Ukraynanın Rusiya regionlarında yerləşən neft emalı müəssisələrini hədəfə almasıdır. Bu hücumlar nəticəsində çoxlu sayda müəssisə zədələnib. 


 


Vasif

Sfera.az