Türkiyə iqtisadiyyatında 2026-cı ilin birinci rübündə illik 2,5 faiz artım qeydə alınıb və bu göstərici iqtisadçıların gözlədiyi 2,7-3 faizlik proqnozların altında qalıb. Eyni dövrdə əvvəlki rüblə müqayisədə artım cəmi 0,1 faiz təşkil edib. 




Sfera.az xəbər verir ki, iqtisadiyyatın böyüməsinə ən böyük müsbət təsiri daxili xərcləmələr göstərdiyi halda, xaricə mal satışı (ixracat) ümumi artım tempini zəiflədib.




İnsanların şəxsi xərcləmələri keçən ilin eyni dövrünə görə 4,8 faiz çoxalıb və ümumi iqtisadi artıma 3,4 bəndlik ən böyük töhfəni verib. Ümumi investisiyalar 3 faiz artaraq 0,8 bənd, hökumətin xərcləri 2,1 faiz artaraq 0,2 bənd, anbar ehtiyatları isə iqtisadiyyata 0,5 bənd töhfəni təmin edib. 




Sektorlar üzrə baxdıqda, informasiya və kommunikasiya sahəsi 9,5 faiz, kənd təsərrüfatı 4,6 faiz, ticarət və nəqliyyat 3,7 faiz, maliyyə 3,5 faiz, tikinti 3,2 faiz və daşınmaz əmlak sahəsi 3 faiz böyüyüb. 




Digər tərəfdən, ölkənin mal və xidmət ixracı keçən illə müqayisədə 12,7 faiz azalıb ki, bu da ciddi azalma deməkdir. İdxalda azalma 2 faiz olub. 




Nominal qiymətlərlə ölkədə əməkhaqqı ödənişləri 35,9 faiz artıb və cari qiymətlərlə maaşların ümumi iqtisadi gəlirdəki payı dəyişməyərək ötən il olduğu kimi 42,7 faiz səviyyəsində qalıb. 




Vasif

Sfera.az