Bir vaxtlar Yaponiyanın ən dəyərli şirkəti olan "Toyota" taxt-tacını texnologiya şirkətinə təhvil verib.
Sfera.az xəbər verir ki, "SoftBank Qrup" "Toyota Motor"u geridə qoyaraq Yaponiyanın ən dəyərli şirkəti olub.
Yaponiyanın korporativ iyerarxiyasının dramatik şəkildə yenidən qurulması qlobal süni intellekt bumunun nəticəsidir.
Texnologiya qrupunun səhmləri Tokio Fond Birjasında 14 faiz artaraq son iyirmi ildə ilk dəfə "Toyota"nın bazar kapitallaşmasını üstələyib. Bu artım sayəsində "SoftBank"ın səhmlərinin dəyəri 48 trilyon yenə (302 milyard dollar) çatıb. "Toyota"nın bazar dəyəri isə 290 milyard dollar olub.
Vasif
Sfera.az