Bürclərin yalnız xarakter xüsusiyyətlərinə deyil, həm də insanın ömür uzunluğuna təsir göstərə biləcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Sfera.az bildirir ki, ABŞ-də alimlər tərəfindən 50 min nəfərin doğum və ölüm məlumatları əsasında aparıldığı bildirilən araşdırma bəzi bürclərin digərlərinə nisbətən daha uzun və ya daha qısa ömür sürdüyünü göstərib.
Araşdırmanın nəticələrinə görə, Əqrəb bürcü orta hesabla 63 il ömürlə ən qısaömürlü bürc kimi müəyyən edilib. Bu nəticə həm astrologiya həvəskarları, həm də ictimaiyyət arasında maraq doğurub.
Əqrəblər niyə daha az yaşayır?
Mütəxəssislərin fikrincə, Əqrəb bürcünə aid edilən xüsusiyyətlər arasında güclü emosiyalar yaşamaq, stress və qəzəbi daxilində saxlamaq meyli yer alır. Bildirilir ki, bu cür emosional gərginlik uzun müddətdə həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərə bilər. Bundan başqa, Əqrəblərin sağlamlıq problemlərinə laqeyd yanaşmağa, həkimə müraciət etmək əvəzinə çətinliklərə dözməyə daha meyilli olduqları qeyd edilir. Bu isə xroniki xəstəliklərin vaxtında aşkarlanmamasına və sağlamlıq risklərinin artmasına səbəb ola bilər.
Bürclərə görə orta ömür uzunluğu
Araşdırmada digər bürclər üzrə orta ömür göstəriciləri belə təqdim olunub:
Dolça - 72 il
Xərçəng və Oxatan - 73 il
Şir - 74 il
Balıq - 75 il
Oğlaq və Buğa - 80 yaşdan yuxarı
Qız - 80-85 il və daha çox
Əkizlər - 85 ildən çox
Araşdırmanı aparan qrup vurğulayıb ki, əldə edilən nəticələr insan taleyini müəyyən edən qəti göstərici kimi qəbul edilməməlidir. Onların fikrincə, həyat tərzi və psixoloji xüsusiyyətlər müəyyən davranış modellərinə təsir göstərə bilər.
Qeyd edək ki, elmi ictimaiyyətdə bürclərlə ömür uzunluğu arasında birbaşa əlaqənin mövcudluğu ümumilikdə qəbul edilmir və bu cür nəticələrə ehtiyatla yanaşılması tövsiyə olunur.
İnci
Sfera.az