Rusiya Ermənistandan idxal edilən balıq məhsulları üçün sertifikatlaşdırmanın dayandırılmasını tələb edib.
Sfera.az xatırladır ki, daha əvvəl Rusiya Federal Fitosanitar Nəzarət Xidməti Ermənistandan gətirilən pomidor, xiyar, bibər, göyərti və çiyələklərə müvəqqəti məhdudiyyətlərin 30 maydan etibarən tətbiq olunacağını bildirmişdi.
Bu siyahıya balıq da əlavə olunub.
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Sağlamlığı üzrə Federal Xidməti (Rospotrebnadzor) Ermənistandakı balıq emalı zavodlarında və alabalıq təsərrüfatlarında yoxlamalar aparıldığını açıqlayıb. Açıqlamaya əsasən, yoxlama nəticəsində Ermənistanın balıq təsərrüfatlarında "qeyri-qənaətbəxş" vəziyyətin olduğu üzə çıxıb. Buna görə də canlı balıq və balıq məhsulları üçün baytarlıq sertifikatlaşdırması 2 iyun 2026-cı il tarixindən etibarən dayandırılacaq.
Qeyd edək ki, sözügedən məhdudiyyətlər Rusiyadan gələn hədələrdən sonra tətbiq edilib.
Vasif
Sfera.az