"İnternational" QSC bank olmayan kredit təşkilatının (BOKT) yarım milyon manat vergi borcu yığılıb.


"Yeni Sabah" Yurd.Media-ya istinadən xəbər verir ki, illik 34-36% faiz dərəcəsi ilə ölkədə ən bahalı kredit verən BOKT-lardan olan "İnternational"ın hazırda dövlət qarşısında vergi borcunun miqdarı 557 340 manat təşkil edir.


2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərinə nəzər saldıqda kredit təşkilatı ötən il 5,55 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15% çoxdur. Dördpendirli pizza


Bu ilin əvvəlinə "International"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 33,2% çox - 60,65 milyon manat, o cümlədən kredit portfeli 35% çox - 51,25 milyon manat təşkil edib.


BOKT-un öhdəlikləri 46,5 milyon manat (38,1% çox), balans kapitalı isə 14,15 milyon manat (19,4% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (25% çox) olub.


Qeyd edək ki, "International" 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan BOKT-un yeganə səhmdarı Rifat Həsənovdur, direktoru isə Nicat Həsənovdur.



Telegram kanalımız