Azərbaycandan Türkiyəyə 15 il ərzində əlavə 33 milyard kubmetr təbii qazın tədarükü üçün müqavilə imzalanıb.




Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, Neft Boru Kəməri Nəqli Korporasiyası (BOTAŞ), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Total Energies və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında 2029-cu ildən başlayaraq 15 il müddətinə Azərbaycandan Türkiyəyə ümumilikdə 33 milyard kubmetr təbii qazın tədarükü üçün müqavilə bağlanıb.


 


Bakı Enerji Forumu çərçivəsində imzalanan təbii qaz təchizatı müqaviləsi ilə, Abşeron yatağında yeni istehsal investisiyaları çərçivəsində 2029-cu ildən etibarən Türkiyəyə hər il 2,25 milyard kubmetrtəbii qaz tədarük ediləcək.


 


Vasif

Sfera.az