Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb. 




Sfera.az xəbər verir ki, 15 may 2026-cı il tarixli Beynəlxalq Ehtiyatlar və Valyuta Likvidliyinin İnkişafı hesabatına görə, rəsmi ehtiyat aktivləri əvvəlki həftə ilə müqayisədə 1,7% azalaraq 168,6 milyard dollar olub.


 


Rəsmi ehtiyat aktivləri 8 mayda 171 milyard 529 milyon dollar idi. Bir həftə ərzində Türkiyə dövlətinin ehtiyatları 2,957 milyard dollar azalıb.




Amma bir il əvvəlki dövrlə müqayisədə ehtiyatlar 3,089 milyard dollar və ya 1,9% artıb.


 


Vasif

Sfera.az