İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistanın "Uzbekneftegaz" şirkətinin İdarə Heyətinin sədri Abduqani Sanginov ilə görüşüb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.


Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun olaraq, iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda, SOCAR-la "Uzbekneftegaz" arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar qeyd olunub. Dördpendirli pizza


Söhbət zamanı Bakı Enerji Həftəsinin regionda enerji məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi əhəmiyyəti vurğulanıb. Eləcə də cari ilin ötən ayında "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilən görüşlərin, həmçinin bp şirkətinin "Üstyurt" investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasının önəmi diqqətə çatdırılıb, layihə çərçivəsində görüləcək işlər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Telegram kanalımız