Bu həftə növbəti Ceyms Bond rolunu oynamağa əsas namizəd olan müğənni və kino ulduzu Kallum Terner Siciliyanın paytaxtı Palermoda evlənəcək.


 


Sfera.az bildirir ki, Dua Lipa və Kallum Terner gözəl bir toy planlaşdırıblar. İnsanlar artıq pop ulduzunun toyunu "Xaç atası" filmindəki Maykl Korleonenin toyu ilə müqayisə edirlər. 




Qeyd edək ki, Dua Lipa lüks səyahət sevgisinə görə "Tətil Kraliçası" ləqəbini alıb, ona görə də onun dəbdəbəli şəkildə evlənmək qərarına gəlməsi təəccüblü deyil. Dua toy üçün Siciliyanın ən gözəl villalarından birini seçib. Mənbələr toy şənliklərinin 4 iyunda başlayacağını bildirir.


 


Ekspertlərə görə, bu toy Al Paçinonun canlandırdığı Maykl Korleone və Apolloniya Vitellinin 1972-ci ildə çəkilmiş klassik "Xaç atası" filmindəki evliliyindən bəri adada ən yüksək səviyyəli toy olacaq.




Britaniya əyləncə sənayesinin ən çox axtarılan iki simasından olan məşhur şou-biznes cütlüyü Dua Lipa və Turnerin toyunun Palermodan 20 km məsafədə yerləşən Bagherianın ən dəbdəbəli villası olan 17-ci əsrə aid “Villa Valguarnera”da keçirilməsi gözlənilir.


 


Ötən ilin iyun ayında 36 yaşlı aktyorla nişanlandığını elan edən 30 yaşlı Dua Siciliyada tətildə olarkən toy məkanına aşiq olduğunu gizlətməyib.


 


Qonaq siyahısında Elton Con, Mark Ronson və Çarli XCX, eləcə də moda dünyasından Donatella Versaçe və Simone Porte-Jakemus kimi məşhurlar olacaq.


 


Məlumatlara görə, toydan əvvəl Dua Donatella ilə görüşmək və müğənninin toy günündə geyinməsi üçün hazırladığı gəlinliyin detallarını dəqiqləşdirmək üçün İtaliyaya səyahət edib.




Ötən cümə günü Dua Romada görülüb. Mənbələr bildirib ki, Duanın 2021-ci ildə "Cold Heart" mahnısı üzərində əməkdaşlıq etdiyi Elton Con da toy mərasimində çıxış edənlər arasında olacaq. 


 


Qeyd edək ki, cütlüyün romantik münasibətləri haqqında şayiələr ilk dəfə 2024-cü ilin yanvar ayında “Apple TV”də yayımlanan "Masters of the Air" serialının premyerasından sonra bir məclisdə göründükdən sonra məlum olub.


 


Onu da qeyd edək ki, Duanın əvvəllər fransız rejissor Romen Qavrasla münasibəti olub, Turner isə bir vaxtlar Şahzadə Marqaret rolunu oynayan "Tac" filminin aktrisası Vanessa Kirbi ilə görüşürdü.


 


Aynil