"Konstitusiyaya görə yerlərdə icra hakimiyyətini icra hakimiyyətlərinin başçıları həyata keçirir. Amma bəzi rayonlarda, bölgələrdə bu işi Prezidentin səlahiyyətli nümayəndələri həyata keçirir. Prezidentin Qarabağa səfəri zamanı bu aydın görsənir".
Sfera.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev ölkədə yeni konstitusiyanın qəbul olunması ehtimalı varmı sualına cavabında deyib.
"Həm ən azından buna görə, həm də Ermənistanla ərazi mübadiləsi edəriksə, bu referendumla təsdiq olunmalıdır, buna isə ciddi ehtiyac var. Konstitusiya islahatları aparılacaqsa regional, seçki yolu ilə formalaşan yerli icra hakimiyyəti orqanlarının yaradılması nəzərdə tutulmalı, parlamentin səlahiyyətləri də ciddi şəkildə artırılmalıdır. Daha yaxşı olardı ki, parlamentli respublika modelinə keçək. Dövlətimiz də 1918-ci ildə parlamentli respublika kimi yaranıb", - deyə deputat bildirib.