Astroloqların proqnozlarına görə, iyun ayı bəzi bürclər üçün sınaqlarla dolu olacaq. Bu dövrdə iş, maliyyə və şəxsi münasibətlər sahəsində gözlənilməz problemlərlə qarşılaşmaq ehtimalı artır.


 


Sfera.az xəbər verir ki, ən çox diqqətli olmalı olan bürclər arasında Əkizlər, Qız və Oğlaq bürcləri göstərilir. Mütəxəssislərin fikrincə, Əkizlər bürcü nümayəndələri ünsiyyət zamanı yaranacaq anlaşılmazlıqlardan ehtiyat etməlidirlər. Tələsik verilən qərarlar sonradan peşmançılığa səbəb ola bilər.


 


Qız bürcü altında doğulanları isə maliyyə məsələlərində ehtiyatlı olmağa çağırırlar. Gözlənilməz xərclər və büdcə ilə bağlı çətinliklər yarana bilər. Bu səbəbdən iri alış-verişləri təxirə salmaq tövsiyə edilir.


 


Oğlaq bürcü nümayəndələri üçün isə iş həyatında gərginliklərin artacağı proqnozlaşdırılır. Yeni öhdəliklər və məsuliyyətlər onların üzərinə əlavə yük gətirə bilər. Astroloqlar bu dövrdə səbirli olmağı və emosional qərarlardan uzaq durmağı məsləhət görürlər./metbuat.az