ABŞ NATO vasitəsilə müttəfiqlərini Vaşinqtonun təhlükəsizlik zəmanətlərinin etibarlılığına əmin etmək üçün Avropa ölkələrində əlavə nüvə silahlarının yerləşdirilməsi imkanlarını araşdırır.
Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadla məlumat yayıb.
Vaşinqton Avropa ölkələrinə əlavə ənənəvi və nüvə silahı daşıya bilən bombardmançı təyyarələr (DCA) yerləşdirməyə hazır olduğunu bildirib. Qeyd olunur ki, Tramp administrasiyası Avropa ölkələri arasında hərbi yardımın əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı narahatlıqlar fonunda NATO müttəfiqləri üçün nüvə çətirini saxlamaq öhdəliyini nümayiş etdirməyə çalışır.
NATO-nun nüvə resurslarının paylaşılması proqramına Amerika DCA-larının yerləşdirilə biləcəyi Belçika, Almaniya, İtaliya, Niderland, Türkiyə və Böyük Britaniya daxildir. Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, alyansın şərq cinahının nümayəndələri proqrama qoşulmaqda maraqlı olduqlarını bildiriblər.