2030-cu ilə qədər Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olması az ehtimal edilir.
Sfera.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə Lüksemburqdan olan Avropa Parlamentinin deputatı Fernan Kartheizer bildirib.
“Ermənistan Aİ-də böyük rəğbət qazanır və rəsmi münasibətlər dərinləşməyə davam edir, lakin üzvlük məsələsi hələ də daha çox nəzəri xarakter daşıyır. Ermənistanın coğrafi mövqeyi və ən azı qonşularından biri ilə mürəkkəb münasibətləri nəzərə alındıqda, belə bir namizədlik bir çox suallar doğurur”, – deyə o vurğulayıb.
Avropalı siyasətçinin sözlərinə görə, hazırda Aİ Qərbi Balkan ölkələrinin, eləcə də Ukrayna və Moldovanın üzvlük perspektivlərinə daha çox fokuslanıb.
Onun fikrincə, bu mərhələdə Ermənistanla Aİ arasında əməkdaşlığın genişləndirilməsi daha realdır. Bu, ölkənin iqtisadi inkişafına dəstək, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və mədəni əlaqələrin gücləndirilməsini əhatə edir.
Kartheizer əlavə edib ki, Ermənistan Aİ üçün xarici siyasət baxımından da tərəfdaş kimi maraq kəsb edə bilər, xüsusilə İranla uzunmüddətli münasibətləri səbəbindən.
İnci
Sfera.az