“Əslində, İran və ABŞ arasında toqquşmalar tam dayanmayıb. Bu ötən bazar günü və ondan əvvəlki həftə Vaşinqton İrana məxsus katerlərə zərbələr endirdi və Bəndər-Abbas bölgəsini bombaladı. Buna cavab olaraq, İran ABŞ-yə məxsus bir neçə hərbi bazanı vurdu. Yəni hərbi eskalasiya tam başa çatmayıb və gərginlik davam edir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında şərqşünas-yazar Kənan Rövşənoğlu deyib.
Onun sözlərinə görə, iki ölkə arasında diplomatik danışıqlar tamamilə dayanmayacaq: Dominos pizza
“İranlılar şərt qoymuşdu ki, əgər atəşkəs və sülh danışıqları olacaqsa, buna Livan və Fələstində daxildir. Xüsusən, Livan. Çünki bu ölkədə vəziyyət çox kritikdir. Livanda qalıcı atəşkəs olması üçün ABŞ-nin İsrailə təzyiqi lazım idi. Donald Tramp da Binyamin Netanyahuya təzyiq etdi. İranın bu tələbindən sonra ABŞ hökuməti İsrailə təzyiq etdi və Livanda atəşkəs elan olundu”.
K.Rövşənoğlu əlavə edib ki, atəşkəsin nə dərəcədə qalıcı olacağını demək çətindir:
“Tehran və Vaşinqton arasında danışıqların yenidən bərpa olunması ehtimalı da var. Doğrudur, konkret razılaşma yoxdur və müharibə hər zaman yenidən baş verə bilər. Hər iki tərəf istəyir ki, tələbləri mütləq nəzərə alınsın. Ona görə də, yekun razılaşma hələlik mümkün olmur. ABŞ İrandan daha çox şey tələb edir. Tehranın da özünəməxsus tələbləri mövcuddur”.
Şərqşünas-yazar qeyd edib ki, hazırda hər iki tərəf ortaq nəticəyə gəlməyə xeyli yaxındır:
“Sadəcə bir neçə məsələ ilə bağlı qarşılıqlı güzəşt olmalıdır. Başqa alternativ görünmür. Trampın İrana qarşı yeni genişmiqyaslı müharibə üçün ciddi səbəbi və hərbi imkanları yoxdur. Bunları nəzərə aldıqda, Amerikanın İrana qarşı yeni müharibəyə başlaması real görünmür”.
Qeyd edək ki, ABŞ və İran arasında fevral ayından bəri elan olunmuş formal atəşkəs, son günlər tərəflərin qarşılıqlı zərbələri ilə əvəzlənib. ABŞ ordusu beynəlxalq sularda MQ-1 kəşfiyyat PUA-sının vurulmasına cavab olaraq İranın Geruk şəhəri və Qeşm adasındakı hava hücumundan müdafiə sistemlərini və radar stansiyalarını hədəf alıb. Tehran isə buna cavab olaraq Küveytdəki ABŞ hərbi bazalarına ballistik raketlər buraxsa da, zərbələr havada zərərsizləşdirilib və amerikalı hərbçilər arasında xəsarət qeydə alınmayıb. Bu hərbi eskalasiya diplomatik cəbhəyə də təsir edib. İran tərəfi ABŞ-nin hərbi addımlarına və İsrailin Livana hücumlarına etiraz olaraq Vaşinqton ilə Omman vasitəsilə apardığı gizli danışıqları tamamilə dayandırdığını elan edib.
Nazim Hacıyev
Telegram kanalımız