Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti modernləşdirilmədən sonra tam istismara verilib.


 


Sfera.az xəbər verir ki, xəttin istifadəyə verilməsi rəsmi açılış mərasimi çərçivəsində simvolik düymənin basılması ilə qeyd olunub.


 


Rəsmi şəxslər birlikdə simvolik düyməni basaraq dəmir yolunun yeni mərhələdə istifadəyə verildiyini elan ediblər.


 


Qeyd edək ki, bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilib.


 


Mərasimdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edib./report