İstanbulun Esenyurt rayonunda çəkilən görüntülər sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Sfera.az xəbər verir ki, yayılan kadrlarda yaşayış binalarının arasında ucalan nəhəng göydələn diqqət çəkib. Binanın ölçüləri və ətraf tikililərlə müqayisədə olduqca hündür görünməsi bir çox insanın təəccübünə səbəb olub.
Görüntünü lentə alan vətəndaş tikinti layihəsinə etirazını ifadə edərək binanın şəhər mənzərəsinə təsir etdiyini bildirib. Sosial şəbəkə istifadəçilərinin bir qismi göydələnin görünüşünü heyranlıqla qarşılasa da, digər qismi onun yaratdığı vizual təsirin vahiməli olduğunu qeyd edib.
Paylaşıma yazılan rəylərdə bəzi istifadəçilər tikilinin əzəmətli göründüyünü vurğulayarkən, digərləri isə belə hündür binaların sıx yaşayış məntəqələrində inşa edilməsinin doğru olmadığını düşünürlər.
Qısa zamanda minlərlə baxış toplayan görüntülər geniş müzakirələrə səbəb olub. Göydələnin qeyri-adi görünüşü və yerləşdiyi ərazi ilə yaratdığı kontrast ən çox diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilib.\milli.az