27 yaşlı incəsənət tələbəsi Mirjam Wiskemann gözlənilmədən lotereyada İsveçin Marsten adasına sahib olmaq hüququ qazanıb.
Bundan sonra qız Avropa sahillərindən təxminən altı kilometr aralıda yerləşən, yaşayış olmayan ucqar qayalı adanın yeganə "qəyyumu"dur. Lakin bir “əmma” var.
Sfera.az bildirir ki, ölçüsü 180x50 metr olan kiçik Marsten adası xizəkçi və avarçəkənlər üçün məşhur bir yerdir. Lakin ilin əksər hissəsində bu ərazidə əsasən Qarabatdaqlar (balıq yeyən quş-red.) yaşayır və qadın vaxtını onların arasında keçirəcək.
Adanın mülkiyyət müddəti qız üçün əsasdır - o, gələn ilin iyun ayına qədər adaya sahiblik edəcək. Şərtlər “Visit Sweden” tur şirkəti tərəfindən keçirilən müsabiqə tərəfindən müəyyən edilir.
"Əsas mükafat əslində səyahətin özüdür"- deyə sentyabr ayında magistr dissertasiyası üçün son yaradıcı layihəsi üçün ilham almaq üçün Marstendə bir müddət keçirməyi planlaşdıran Mirjam bildirir.
O, sonda Stokholmda magistr proqramına yazılmağı ümid etdiyini deyir. Artıq "qəyyumluğuna" həvalə edilmiş torpaq sahəsində nə edəcəyini də dəqiq bilir.
"Adada velosiped sürəcəyəm və ətraf mühitdən ilham alacağam. Oraya səyahət etmək fürsəti, şübhəsiz ki, mənə böyük təsir göstərəcək. İsveç təbiəti və fəsillər arasındakı kəskin ziddiyyətlər həmişə mənim və sənətim üçün böyük ilham mənbəyi olub"- deyə tələbə qız əlavə edir.
Qeyd edək ki, Marsten adası İsveçin qərb sahillərindən təxminən altı kilometr aralıda yerləşən kiçik bir ada qrupunun bir hissəsidir. “VisitSweden”in "Sizin İsveç Adanınız" kampaniyasına 100 ölkədən təxminən 2500 müraciət daxil olub.
Bu il Miriam ilə yanaşı, Kanada, ABŞ, Hollandiya və İsveçrədən olan dörd qalib ada qazanıb. Onların hər biri növbəti 12 ay ərzində öz təcrid olunmuş adalarının qəyyumu olacaq.
Aynil