Almaniya mətbuatında Vladimir Putin haqqında diqqətçəkən yeni iddia gündəmə gəlib.
Almaniyanın nüfuzlu nəşrlərindən olan Bild yazır ki, Rusiya prezidenti ilə keçmiş olimpiya gimnastı Alina Kabaeva arasında gizli münasibət olub və cütlüyün ictimaiyyətdən gizlədilən iki oğlu var.
Sfera.az xəbər verir ki, xəbərdə iddiaların Systema platforması tərəfindən araşdırılan yazışmalar, hesab-fakturalar və e-poçt məlumatlarına əsaslandığı bildirilir.
İddiaya görə, cütlüyün 2015-ci ildə dünyaya gələn böyük oğluna İvan, 2019-cu ildə doğulan kiçik oğluna isə Vladimir adı verilib.
Məlumatda qeyd olunur ki, uşaqlara xüsusi dayələr və müəllimlər nəzarət edir. Onlarla məşğul olan şəxslərin birbaşa Kabaevanın yaxın çevrəsi tərəfindən seçildiyi vurğulanır. Həmçinin, 2017-ci ildən etibarən uşaqlarla işləyən ən azı 5 nəfərin Almaniya vətəndaşı olduğu iddia olunur.
Xəbərdə yer alan digər detallara əsasən, İvan 3 yaşından etibarən ingilis dili və musiqi dərsləri almağa başlayıb. Uşaqlara eyni zamanda balıq tutmaq, meyvə toplamaq kimi fəaliyyətlər üzrə də xüsusi təlimlərin keçirildiyi qeyd edilir.
Qeyd edək ki, bu iddialarla bağlı rəsmi təsdiq yoxdur.
Mənsumə
Sfera.az