Gürcüstanın həbsdə olan keçmiş prezidenti və Odessa Dövlət Administrasiyasının rəhbəri Mixail Saakaşvili altıncı doğum gününü qeyd edən qızı Alisanın fotolarını paylaşaraq, təsirli təbrik yazıb.


 


Sfera.az bildirir ki, Saakaşvili “Facebook” səhifəsində qızı Alisanın ad günündən video paylaşıb. Videoda ailəsinin balacanı ad günü münasibətilə təbrik etdiyi görünür.


 


Altıncı doğum günü üçün qıza kiçik bir it hədiyyə edilib. Şəkillərdən Alisanın hədiyyədən xoşbəxt olduğunu aydın etmək olur; qızcığaz təbəssümünü və sevincini gizlətməyib.


 


"Mənim Alisam altı yaşına çatdı"-deyə Saakaşvili videoya başlıq yazıb.


 


Həmçinin qızın yeni dostu ilə oynadığı və böyük bir tortun yanında masada oturduğu görünür.


 


Qeyd edək ki, Saakaşvili ilk dəfə 2021-ci ilin sonunda ictimaiyyətə qızı olduğunu elan edib. O, nikahdan kənar bir uşağı olduğunu açıqlayıb.  Mediada yayılan məlumatlara görə, qızın anası məşhur gürcü müğənnisi Sofo Nijaradzedir. Siyasətçinin keçmiş həyat yoldaşı Sandra Rufolsdan Eduard və Nikoloz adlı iki oğlu da var.


 


Saakaşvili həbsdə olmasına baxmayaraq sosial mediada fotolar paylaşa bilib. O, dünyaca məşhur televiziya konsertindən görüntülər də paylaşıb. Burada balaca Alisa-Mariya Saakaşvili anası ilə debüt edib.


 


Aynil