31 mayda Kosovoda anadan olan müğənni Dua Lipa rəsmi olaraq britaniyalı aktyor Kallum Turner ilə evlənib. 40 dəqiqəlik mərasim üçün ulduz zərif, köhnə Hollivud üslubunda bir görünüş seçib.
Sfera.az bildirir ki, nikah məRasim’i Böyük Britaniyanın Merilbon şəhərində baş tutub. Nikahdan sonra cütlük italyan toylarına hazırlaşır.
Rəsmi mərasim üçün gəlin zərif bir geyim, xüsusən də kreativ direktor Daniel Rouzberri tərəfindən hazırlanmış “Schiaparelli”dən fil sümüyü rəngli kostyum seçib. Yeri gəlmişkən, Demi Mur və Beyons da bu brendin pərəstişkarlarıdır. O, görünüşünü ağ əlcəklər və “Bvlgari” boyunbağı ilə tamamlayıb. Dua Lipa örtük əvəzinə Stiven Cons tərəfindən dizayn edilmiş ağ papaq geyinib.
36 yaşlı bəy xüsusi mərasim üçün tünd göy rəngli “Louis Vuitton” kostyumu seçib.
Media xəbərlərinə görə, Dua Lipa və Turner Palermoda üç günlük dəbdəbəli toy planlaşdırırlar. Qonaqlar arasında Elton Con, Oliviya Din və Çarli XCX-in də olacağı bildirilir, lakin cütlük hələlik bu məlumatı şərh etməyiblər.
Cütlük ilk dəfə münasibətlərini 2024-cü ilin yayında elan ediblər. Milad günündə isə aktyor müğənniyə brilyant üzüklə evlilik təklifi edib. Daha sonra Dua Lipa aktyor Kallum Turner ilə münasibətləri ilə bağlı bütün şayiələrə son qoyaraq, nəhayət nişanlandığını elan edib.
Aynil