Türkiyəli aktrisa Nəzrin Cavadzadə həyat yoldaşı Kadir Taner Uçarla birlikdə çəkdirdiyi yeni fotosunu sosial şəbəkə hesabında paylaşıb. Paylaşım qısa müddətdə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və çoxsaylı bəyənmə toplayıb.
Sfera.az xəbər verir ki, ötən ilin may ayında gizli şəkildə ailə quran məşhur aktrisa şəxsi həyatı ilə tez-tez gündəmə gəlir. Cavadzadə uzun müddət davam edən münasibətlərdən sonra axtardığı sevgini Kadir Taner Uçarda tapdığını bildirib.
Cütlük 4 may tarixində Bodrumda yaxın çevrələrinin iştirakı ilə sadə nikah mərasimi keçirib. Sürpriz evlilik xəbəri aktrisanın pərəstişkarlarını da təəccübləndirib.
Nəzrin Cavadzadə daha əvvəl verdiyi açıqlamada evlilik təklifi ilə bağlı bunları deyib:
“Evlilik təklifindən bir ay sonra Bodrumda toyumuz oldu. Bu, bir qədər Seda Sayanın təklifi kimi idi. Təklifi münasibətimizin altıncı ayında aldım. Əvvəlcə rəsmi nikah mərasimi keçirdik. Toyumuz daha sonra olacaqdı”.
Məşhur aktrisa son paylaşımında isə həyat yoldaşı ilə çəkdirdiyi fotoya maraqlı qeyd əlavə edib. O, Seda Sayanın məşhur ifadəsinə istinad edərək şəkli “Vaxtımı alma, məni al!” sözləri ilə paylaşıb.
Paylaşım izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və qısa müddətdə minlərlə bəyənmə toplayıb.
Mənsumə
Sfera.az