Avstraliyanın ən çox döyməli qadını, 31 yaşlı Amber Luke ölkəsində qanunsuz olan bədən modifikasiyası etdirmək üçün dünyanın yarısını gəzib. İspaniyanın Barselona şəhərində qulağında kəsik və qolunun dərisinin altına silikon bədən modifikasiyası yerləşdirilib.




Sfera.az bildirir ki, artıq bədəninin 98%-ni döymələrlə örtən internetdə "əjdaha qadını" kimi tanınan Amber Luke, Avstraliyada qanunsuz olan mürəkkəb bədən əməliyyatı etdirmək üçün İspaniyaya getməyə məcbur edilir.


 


Qadın qulağına jetonla işləyən sırğa taxmağı və qoluna silikon bədən modifikasiyası yerləşdirməyi planlaşdırır. Qadının etdirmək istədiyi prosedurlar dərialtı implantlar adlanır və onların yerləşdirilməsi ilə bağlı potensial risklərə görə istifadəsi Avstraliyada ciddi şəkildə tənzimlənir.


 


Amber Lukun arzusunda olduğu əməliyyatlar hazırda Avstraliyada yeddi il müddətinə qadağandır.


 


Amber həmçinin xarici görünüşünün iş tapmasını çətinləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, işə götürən şirkətlər xarici görünüşünü, əxlaqını və ya dəyərlərini deyil, yalnız işgüzarlığını nəzərə almalıdır.


 


Xatırladaq ki, Amber Luke əvvəllər transformasiyasına 184.000 funt sterlinqdən çox pul xərclədiyini etiraf etmişdi. Ən riskli prosedurlardan biri göz bəbəklərinə döymə vurmaq olub və ilk cəhdindən sonra qadın hətta müvəqqəti olaraq görmə qabiliyyətini itirib.


 


Aynil