Milyonlarla insan gündəlik olaraq kontakt linzalardan istifadə edir. Linzalar rahat və praktik olsa da onların düzgün saxlanılması və təmizliyi göz sağlamlığı üçün son dərəcə vacibdir.
Sfera.az xəbər verir ki, kontakt linzalar istifadə edilmədiyi zaman mütləq xüsusi linza məhlulunda saxlanılmalı, taxmadan əvvəl və çıxarıldıqdan sonra isə təmizlənməlidir. Bu məhlullar linzaları mikroblardan qoruyur və göz üçün təhlükəsiz hala gətirir.
Mütəxəssislər bildirirlər ki, linza məhlulu yoxdursa alternativ mayelərdən istifadə etmək düzgün deyil. Ən təhlükəsiz seçim linzaları çıxarıb uyğun məhlul əldə edənə qədər istifadə etməməkdir. Bu göz infeksiyalarının qarşısını almaq üçün vacib addımdır.
Linzaları adi suda saxlamaq olarmı?
Qətiyyən olmaz. Musluk suyu, içməli su, mineral su, duzlu su və ya ev şəraitində hazırlanan qarışıqlar linza məhlulunu əvəz etmir. Bu mayelər tərkibində bakteriya, göbələk və digər zərərli mikroorqanizmlər daşıya bilər.
Xüsusilə musluk suyu ilə təmas ciddi göz infeksiyalarına, qıcıqlanmalara və hətta bəzi hallarda qalıcı görmə itkisinə səbəb ola bilər.
Nəticə olaraq, linzaların təhlükəsiz istifadəsi üçün yalnız xüsusi linza məhlulundan istifadə edilməli, digər alternativlərdən uzaq durulmalıdır.
Mənsumə
Sfera.az