Dünyanın ən bahalı kriptovalyutası olan "Bitcoin"in qiyməti son 4 ayın ən aşağı səviyyəsinə düşüb.
Sfera.az xəbər verir ki, bugünkü ucuzlaşmadan sonra qiymət 64 min dollar həddində sabitləşib.
Müqayisə üçün bildirək ki, "Bitcoin"in dəyəri bir il əvvəl 106 min dollar idi. Son bir ildə kriptovalyuta 40 faizə yaxın dəyər itirib."Bitcoin"in ucuzlaşmasının əsas səbəbi kimi ABŞ-İran münaqişəsinin yaratdığı risklər göstərilir.
Ekspert qiymətləndirməsinə əsasən, müharibə dövründə investorlar qızıla, dollara və əlvan metallara daha çox sərmayə edirlər. Buna görə də kriptovalyutalar ucuzlaşır. Onların şərhinə görə, kriptovalyutalar sabitliyi sevir. Buna görə də qlobal gərginlik olduğu müddətdə "Bitcoin"in bahalaşması az ehtimal edilir.
Vasif
Sfera.az