2026-cı il üçün hazırlanan yeni araşdırma Avropada şəhər tətili planlaşdıran turistlər üçün ən bahalı istiqamətlər müəyyənləşdirilib.
Sfera.az xəbər verir ki, “Post Office Travel Money” tərəfindən tərtib edilən 2026-cı il Şəhər Xərcləri İndeksində Avropanın məşhur şəhərləri yaşayış, nəqliyyat, qidalanma və turistik fəaliyyətlərin ümumi dəyərinə görə müqayisə olunub.
Araşdırma zamanı üçulduzlu oteldə iki gecəlik qalma, iki nəfərlik üç çeşidli şam yeməyi, qəhvə, hava limanı transferləri, ictimai nəqliyyat biletləri, şəhər turu və əsas turistik məkanlara giriş haqları nəzərə alınıb.
Araşdırmaya görə, turistlər üçün ən yüksək xərclərin qeydə alındığı şəhər Norveçin paytaxtı Osla şəhəri olub.
Oslonu izləyən digər şəhərlər isə aşağıdakılardır:
1. Oslo
2. Kopenhagen
3. Edinburq
4. Cenevrə
5. Barselona
6. Dublin
7. Amsterdam
8. Kork
9. Venesiya
Bildirilir ki, son illərdə Avropada səyahət xərclərinin artması müşahidə edilir. Skandinaviya ölkələri və Qərbi Avropanın məşhur turizm mərkəzləri yüksək qiymətləri ilə seçilməyə davam edir.
Fidan Hacızadə
Sfera.az