Avtonom nəqliyyat vasitəsinin tanınma nişanının forması müəyyənləşir.
“Yeni Sabah” xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, “Avtonom nəqliyyat vasitəsinin tanınma nişanı” avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilmiş nəqliyyat vasitələrinin arxasında eni 200 mm ölçüdə, hündürlüyü 250 mm ölçüdə ağ haşiyəyə alınmış göy rəngli düzbucaq şəklində tanınma nişanı quraşdırılır, yol hərəkətinin digər iştirakçılarını xəbərdar etmək məqsədilə lövhənin yuxarı hissəsində simsiz ötürülmə dalğaları təsvir edilmiş avtomobil simvolu, aşağı hissəsində isə ağ rənglə “AVTONOM NƏQLİYYAT VASİTƏSİ” sözləri yazılmalıdır. Marqarita pizza
Avtonom nəqliyyat vasitələrində operator olmaq istəyənlərə dair tələblər müəyyənləşir.
Layihədə qeyd olunur ki, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə işçiləri aşağıdakı tələblərə cavab verməlidir:
- avtonom nəqliyyat vasitələrinin istismarı, avtomatlaşdırılmış idarəetmə sistemləri, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) üzrə hazırlıq və təlim keçməli;
- terrorçuluq, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə, həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkum edilməməli;
- ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamalı;
- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;
- fiziki və psixi cəhətdən sağlam olmalı.
Nazim Hacıyev
Telegram kanalımız