ABŞ-nin ən böyük aviaşirkətlərindən biri olan "American Airlines" kəskin şəkildə artan reaktiv yanacağı qiymətləri qarşısında operativ xərcləri tarazlaşdırmaq məqsədilə Los-Ancelesdən reallaşdırılan bir çox birbaşa uçuşları müvəqqəti təxirə salmaq qərarına gəlib.




Sfera.az xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, xüsusilə yüksək əməliyyat xərcləri tələb edən bəzi daxili və qitələrarası birbaşa uçuşlar müvəqqəti olaraq dayandırılacaq.


 


"Reuters" agentliyinin məlumatlarına əsasən, "American Airlines"ın 2026-cı il ərzində reaktiv yanacağı xərclərində 4 milyard dollardan çox xalis artım olacağı gözlənilir.




Şirkət rəhbərliyi uçuş nöqtələrinin şəbəkədən tamamilə çıxarılmadığını, sərnişinlər üçün çevik həllər təklif ediləcəyini bildirib. Birbaşa reysləri ləğv edilən istiqamətlərə sərnişinlərin daşınması şirkətin əsas mərkəzləri (hub) vasitəsilə, yəni tranzit reyslərlə əvəzlənəcək. Mövcud bilet sahiblərinə alternativ marşrutlarla yanaşı, bilet dəyərinin tam və kəsintisiz şəkildə geri qaytarılması hüququ tanınacaq.


 


Bəsti Rəfizadə

Sfera.az