“AzerGold” QSC-də yeni kadr təyinatı olub.


“Yeni Sabah” xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Eldar Rəsulov “AzerGold” QSC-də İctimaiyyətlə əlaqələr, marketinq və korporativ sosial məsuliyyət şöbəsinin müdir müavini vəzifəsinə gətirilib. Pepperoni pizza


Qeyd edək ki, E.Rəsulov ADA Universitetində təhsil alıb. İTV-də yayımlanan “Şənbə axşamı” verilişinin aparıcısı olub. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri vəzifəsində çalışıb.



Telegram kanalımız