2026-cı ilin yanvar-may aylarında Türkiyədə ən çox satılan elektrik avtomobili "Togg" olub.


 


Sfera.az xəbər verir ki, Türkiyədə yaşayan əhali daha çox "Togg" T10X modelini alıb.


 


"Togg" T10X modelindən 9070 ədəd satılıb. İkinci sırada "Togg"un digər modeli olan T10F qərarlaşıb. Əhali 5 ayda 7675 ədəd T10F alıb. Bu dövrdə "Togg"un ümumi satışları 16 745-ə çatıb.


 


Türkiyədə satılan elektrik avtomobillərinin 25 faizi "Togg" modelləri olub.


 


Vasif

Sfera.az