Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


 


Sfera.az xəbər verir ki, təbrikdə deyilir:


 


“Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.


 


Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.


 


Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.


 


Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.


 


X X X


 


Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlanıb.


 


Sfera.az xəbər verir ki, məktubda deyilir:


 


“Zati-aliləri.


 


Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram.


 


Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlənməsini arzu edirəm”.


 


X X X


 


ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darof Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


 


Sfera.az bildirir ki, mətndə deyilir:


 


“Hörmətli cənab Prezident.


 


Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı və Amerika yəhudi icması adından 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.


 


Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu tarixi mərhələnin əhəmiyyətini və onun yaratdığı parlamentli idarəetmənin, hüquq bərabərliyinin və inklüzivliyin davamlı irsini dəyərləndiririk. Xüsusilə 1918-ci ildə respublikanın ilk parlamentində yəhudi nümayəndəsinin də yer alması Azərbaycanda uzunmüddətli birgəyaşayış və qarşılıqlı hörmət ənənəsinin sübutudur.


 


Amerikalı yəhudi liderlərindən ibarət nümayəndə heyətimiz bu ilin fevralında Azərbaycana səfər etmək şərəfinə nail oldu və biz ölkənizi fərqləndirən şəffaflıq, plüralizm və qarşılıqlı hörmət dəyərlərinin şahidi olduq. Azərbaycandan ölkənin uzunmüddətli dini tolerantlıq ənənəsinin, qədim tarixinin və zəngin mədəni irsinin, səfərimiz boyunca gördüyümüz mehribanlığın və qonaqpərvərliyin bizdə yaratdığı dərin təəssüratla qayıtdıq.


 


Cənab Prezident, bu əlamətdar milli bayram münasibətilə Azərbaycan Respublikasının və onun xalqının davamlı firavanlığı, təhlükəsizliyi və uğurları ilə bağlı ən səmimi arzularımızı qəbul etməyinizi xahiş edirik. Gələcəkdə icmalarımız arasında qarşılıqlı anlaşmanı, dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik”.