“Yol hərəkəti haqqında qanunda maşınla uzunmüddətli sürücülük fəaliyyəti göstərən, peşəkar sürücü olan şəxslər avtomobil yollarının ən aktiv iştirakçılarıdır. Sürücülər üçün yolda keçirilən vaxt ortalama bir adi sürücüyə nisbətən 5-10 dəfə çoxdur. Xüsusilə taksi sürücülüyü Azərbaycanda aşağı və orta gəlirli əhali təbəqəsi üçün başlıca dolanışıq vasitəsidir”.


“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin iyunun 5-də keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Naqif Həmzəyev deyib.


O bildirib ki, vətəndaş sürücülük hüququndan məhrumetmə müddəti ərzində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmir: Dominos pizza


“Məşğulluq statistikasına görə ölkədə fəal taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir sahibidir. Belə bir şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem olaraq qalmır, ailənin bütün üzvlərinə təsir edən ağır iqtisadi problemə çevrilir. Taksi sürücülərinin və ümumi sürücülərin qarşılaşdığı problemlərin bəzilərinə toxunmaq istərdim. Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki qayda pozuntusu üçün toplanan ballar sürətlə 20-lik həddə çatır, hüquqdan məhrumetmə müddəti ərzində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmir. Bir sıra hallarda işəgötürən şirkətlər sürücülük hüququnu itirmiş sürücüləri işdən çıxarmaq məcburiyyətində qalır. Hüququn müvəqqəti itkisi belə bəzən uzunmüddətli işsizliyə, kredit borclarına və ailə böhranına gətirib çıxara bilir. 20 ballıq hədd əsas məşğuliyyəti sürücü olanlar üçün xüsusi qeyri-ədalətli hesab edilməkdədir. Adi sürücü hüququnu itirsə, alternativ nəqliyyat vasitəsindən istifadə edə bilər. Taksi sürücüsü və peşəkar sürücü olanlar isə hüququnu itirsə, peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur. Bu qəbildən problemlərin bitməsi üçün hüquqdan məhrumetmə həddinin 20 baldan ən azı 50 bala qaldırılmasının və yalnız kobud pozuntular zamanı bal kəsilməsinin tətbiqini təklif edirəm. Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olacağını düşünürəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, yol hərəkəti qaydaları ancaq açıq, görünən, standartlaşmış, nişanlanma sisteminin mövcud olduğu halda ədalətli şəkildə təbiq edilə bilər. Bu şərtlə də aşağıdakı aşağıdakıların tətbiq edilməsini xahiş edirəm: Gəncə şəhərində, digər paytaxtdan kənar olan şəhər və rayonlarda yolların xətlənmə işlərinin daha keyfiyyətli aparılması vacibdir. Bu sahədə çox ciddi nöqsanlar var, bunun aradan qaldırılmasına çalışmalıyıq”.


Nazim Hacıyev



Telegram kanalımız