I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyən 27 741 abituriyent qeydiyyatdan keçib.


 


Sfera.az xəbər verir ki, qeydiyyatdan keçənlərin 6 139-u I, 9 252-si II, 10 747-ü III, 1 603-ü IV ixtisas qrupu üzrə imtahanda iştirak edəcək.


 


24 133 abituriyent Azərbaycan bölməsi, 3 608 abituriyent isə rus bölməsi üzrə imtahanda iştirak edəcək.


 


Xatırladaq ki, imtahanda iştirak üçün qeydiyyat iyunun 1-dən başlayıb və iyunun 8-i yekunlaşır.\milli.az