Dünya miqyasında süni intellekt məlumat serverlərinə qoyulan investisiyaların artması yaddaş və çip qiymətlərinin yüksəlməsinə, eləcə də təchizat problemlərinə səbəb olur.




Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, yeni vəziyyət qlobal smartfon bazarını böhrana sala bilər.




"Bloomberg"in Türkiyənin "General Mobile" şirkətinə istinadən hazırladığı xəbərə görə, süni intellekt məlumat serverlərinə qoyulan investisiyaların artması yaddaş və çip qiymətlərinin artması ilə nəticələnib: 


 


"2026-cı il üçün bütün proqnozlar göstərir ki, sektor ötən illə müqayisədə təxminən 13% azalacaq. Bu, sektorun hara doğru gedəcəyi baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir. Yeni vəziyyətdə smartfonlar 40 faiz bahalaşacaq. Çünki smartfon istehsalı xərclərində yaddaşın payı əvvəl 15% olduğu halda, hazırda 50%-ə yaxınlaşır".


 


Məlumata əsasən, bu il yaddaş qiymətlərində altı dəfə artım olub:


 


"Smartfonların qiymətində yaddaşın payı 15 faizdən 45-50 faizə yüksəlib. İlin əvvəlindən pərakəndə satış qiymətlərində əks olunan artım təxminən 15 faiz təşkil edir və ilin sonuna qədər ümumilikdə smartfon qiymətlərində 35-40 faiz artım gözlənilir".


 


Vasif

Sfera.az