Yeni həftə bir çox bürc üçün müsbət dəyişikliklər və xoş sürprizlərlə yadda qala bilər. Astroloqların proqnozlarına görə, qarşıdakı günlərdə bəzi bürclər həm sevgi həyatında, həm də iş və maliyyə sahəsində uğurlu inkişaflarla qarşılaşacaqlar.


 


Sfera.az həmin bürcləri oxucularının diqqətinə çatdırır:


 


Qoç, Tərəzi və Balıqlar üçün romantik münasibətlər ön plana çıxacaq. Tək olanlar maraqlı tanışlıqlar edə, münasibətdə olanlar isə tərəfdaşları ilə daha yaxın və səmimi anlar yaşaya bilərlər. 


 


Buğa və Oğlaqların isə iş həyatında əldə etdikləri zəhmətin qarşılığını almaq ehtimalı yüksəkdir. Yeni təkliflər, gəlir imkanları və uğurlu qərarlar gündəmdə ola bilər.


 


Əkizlər, Şir və Dolçalar üçün sosial həyat canlanır. Yeni insanlarla tanışlıq, maraqlı görüşlər və gözlənilməz xəbərlər həftənin ən diqqətçəkən məqamlarından biri olacaq. 


 


Xərçəng, Qız, Əqrəb və Oxatan bürcləri isə şəxsi həyatlarında onları sevindirəcək yeniliklərlə qarşılaşa bilərlər.


 


Astroloqlar bildirirlər ki, bu həftə pozitiv düşüncə və düzgün addımlar atanlar üçün uğur qapıları daha asan açılacaq. Ulduzlar bir çox bürcə şans vəd etsə də yaranan imkanları vaxtında dəyərləndirmək böyük əhəmiyyət daşıyır. Qarşıdakı günlər bəzi bürclər üçün yeni başlanğıcların və xoş xəbərlərin xəbərçisi ola bilər.


 


Mənsumə

Sfera.az