Regional Təhsil İdarəsi sosial mediada sagirdin döyülməsi ilə bağlı yayılan iddialara aydınliq gətirib.


 


Sfera.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz davranışı ilə bağlı məlumatlar yayılıb və məsələ ilə bağlı araşdırma aparılıb:


 


"İlkin araşdırma zamanı müəllim tərəfindən “Təhsilverənlərin etik davranış qaydaları”nın pozulduğu müəyyən edilib. Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür".


 


Qeyd edək ki, sosial şəbəkələrdə Saray qəsəbəsi 1 saylı tam orta məktəbin idman müəlliminin 5-ci sinif şagirdini döyməsi barədə iddialar yayılmışdı.