“Gallup World Poll” dünyada piylənmə göstəricilərini açıqlayıb.


 


Sfera.az xəbər verir ki, 197 ölkənin yer aldığı reytinqdə Azərbaycan 120-ci pillədə qərarlaşıb. Ölkədə ümumi piylənmə göstəricisi 28,45 faiz təşkil edir.


 


Region ölkələri arasında Gürcüstan 38,78 faiz göstərici ilə 170-ci, Türkiyə 34,22 faizlə 154-cü, Ermənistan 27,78 faizlə 117-ci yerdə qərarlaşıb. Rusiya 27,7 faizlə 115-ci, Özbəkistan 29,38 faizlə 124-cü, Ukrayna isə 29,46 faizlə 125-ci pillədə yer alıb.


 


Türkmənistan isə regionda daha aşağı göstəricilərdən biri ilə seçilir. Bu ölkədə piylənmə səviyyəsi 19,38 faizdir və dünya reytinqində 75-ci sırada qərarlaşıb.


 


Dünyada ən aşağı piylənmə göstəricisinə malik ölkələr əsasən Asiya və Afrika dövlətləridir. Siyahıya 1,72 faizlə Vyetnam başçılıq edir. Ondan sonra Şərqi Timor və Efiopiya gəlir.


 


Ən az piylənmə olan ölkələr bunlardır:


 


1-ci yer Vyetnam — 1,72 faiz

2-ci yer Şərqi Timor — 2,45 faiz

3-cü yer Efiopiya — 3,14 faiz

4-cü yer Ruanda — 3,7 faiz

5-ci yer Kamboca — 3,72 faiz

6-cı yer Madaqaskar — 3,76 faiz

7-ci yer Eritreya — 3,85 faiz

8-ci yer Banqladeş — 4,12 faiz

9-cu yer Konqo Demokratik Respublikası — 4,65 faiz

10-cu yer Niger — 4,67 faiz


 


Reytinqin son pillələrində isə əsasən Sakit okean hövzəsinin ada dövlətləri qərarlaşıb.


 


Piylənməyə görə, ən yüksək göstəricilər:


 


191-ci yer Niue — 67,48 faiz

192-ci yer Samoa — 69,11 faiz

193-cü yer Tonqa — 70,36 faiz

194-cü yer Nauru — 71,07 faiz

195-ci yer Kuk adaları — 71,3 faiz

196-cı yer Tokelau — 72,63 faiz

197-ci yer ABŞ adaları — 75,28 faiz/modern.az