“Monetri BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kredit təşkilatı məhkəməyə müraciət edib. 


“Yeni Sabah” Yurd.Media-ya istinadən xəbər verir ki, şirkət istehlak kreditinə görə yaranmış 882 manat əsas borc, 102 manat faiz borcu, 6 manat cərimə olmaqla, cəmi 990 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilib. 


İddia ərizəsinə görə, 2024-cü il tarixli istehlak kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh 24 ay müddətinə 19 faiz olmaqla 1500 manat məbləğində şəxsi istehlak üçün kredit verilib. Amma o, sonradan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib.  pizza hut


İddia tələbi təmin edilib.


Qeyd edək ki, "Monetri" 2014-cü ildə "PSG Finans" BOKT-un bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla "Practical Solutions Middle East FZ" şirkəti, eləcə də hər biri 12,5%-lik payla Faiq Məmmədov və "Chaparxana KFT" şirkətidir, direktoru Elxan Muradlıdır.



Telegram kanalımız