Məktəblərdə "TikTok"a məhdudiyyət qoyulub.


 


Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.


 


Nazir müavini bildirib ki, məktəblərdə internetə bəzi məhdudiyyətlər tətbiq etməyə çalışırlar:


 


"Məktəblərdə "TikTok"a çıxış, həmçinin, terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub. Məqsəd uşaqların psixikasını və sağlamlığını qorumaqdır”.


 


Firuzə Əliyeva

Sfera.az