Dolların məzənnəsinin iyunun ortalarınadək sabit diapazonda hərəkət edəcəyi gözlənilir.


 


Sfera.az xəbər verir ki, bu barədə “Alfa-Forex” şirkətinin investisiya strategiyaları üzrə tədqiqatlar şöbəsinin rəhbəri Spartak Sobolev açıqlama verib.


 


Sobolev bildirib ki, Maliyyə Nazirliyinin xarici valyuta alışlarını artırması son aylarda müşahidə olunan möhkəmlənmə tendensiyasını zəiflədib. Onun fikrincə, növbəti dəyişikliklər iyunun 19-da Mərkəzi Bankın faiz dərəcəsi ilə bağlı qərarından sonra baş verə bilər.


 


“Pul-kredit siyasətinin yumşaldılması istiqamətində daha qəti addımlar atılarsa, bu, milli valyutanın mövqeyinə təsir göstərə və bazarda yeni tarazlıq yarada bilər”, – ekspert qeyd edib.


 


O, həmçinin bildirib ki, avronun məzənnəsi yaxın günlərdə təxminən 1,74-1,85 manat diapazonunda dəyişə bilər. Bu göstərici əsasən avronun digər əsas valyutalara qarşı məzənnəsindən və beynəlxalq bazarlardakı tendensiyalardan asılı olacaq.


 


İnci


Sfera.az