Gəmi izləmə məlumatlarına görə, Qətərin nəzarətində olan beşinci mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Hörmüz boğazından keçib.


 


Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla ABŞ, İsrail və İran arasında baş verən müharibədən sonra boğazdan çıxan LNG gəmilərinin ümumi sayı doqquza çatıb.


 


"Kpler" və LSEG kimi təhlil şirkətlərinin məlumatlarına görə, "Əl Daayen" adlı və "QatarEnergy" tərəfindən idarə olunan tanker 4-5 iyun tarixlərində Qətər sahillərində görülüb. Gəmi bazar ertəsi günü gəmi izləmə sistemlərində yenidən peyda olub və onun Hörmüz boğazının şərqində, Çinə doğru getdiyi bildirilib.


 


"Kpler" məlumatlarına görə, tanker iyunun 1-də Qətərin Ras Laffan terminalında yükləyib.


 


Bundan əlavə, analitika şirkəti "Vortexa"nın məlumatına görə, boş mayeləşdirilmiş təbii qaz tankeri Hindistana göndərildikdən sonra yenidən Hörmüz boğazına daxil olub.


 


Vasif

Sfera.az