Astrologiyada hər bürcün özünəməxsus xarakteri olduğu kimi, xarici görünüş və fiziki quruluş baxımından da fərqli xüsusiyyətlərə malik olduğu bildirilir. Astroloqlar bəzi bürclərin təbii olaraq daha estetik və diqqətçəkən bədən quruluşuna sahib olduğunu qeyd edirlər.


 


Sfera.az astroloqların fikirlərinə əsasən ən gözəl bədən quruluşuna malik hesab edilən bürcləri təqdim edir:


 


Tərəzi 


 


Gözəllik və estetika planeti olan Veneranın idarə etdiyi Tərəzi bürcü zərif və harmonik bədən quruluşu ilə seçilir. Bu bürc nümayəndələrinin üz cizgiləri və bədən proporsiyaları adətən balanslı olur.


 


Şir 


 


Şirlər özlərinə inamlı duruşları ilə diqqət çəkirlər. Dik qamətləri, güclü bədən quruluşları və cazibədar görünüşləri onları ən diqqətçəkən bürclərdən birinə çevirir.


 


Əqrəb 


 


Əqrəb bürcü nümayəndələri sirli və maqnit təsir bağışlayan görünüşləri ilə tanınırlar. Onların baxışları və bədən dili ətrafdakı insanlarda xüsusi təəssürat yaradır.


 


Buğa 


 


Veneranın idarə etdiyi digər bürc olan Buğalar adətən sağlam və cazibədar fiziki quruluşa sahib olurlar. Onlar xarici görünüşlərinə önəm verir və təbii gözəllikləri ilə seçilirlər.


 


Oxatan 


 


Aktiv həyat tərzini sevən Oxatanlar atletik və çevik bədən quruluşu ilə fərqlənirlər. İdmanla məşğul olmağa meylli olduqları üçün formalarını qorumaqda uğurlu olurlar.


 


Dolça 


 


Dolça bürcü nümayəndələri qeyri-adi və fərqli görünüşləri ilə seçilir. Onların özünəməxsus üslubu və bədən quruluşu diqqət çəkməyi bacarır.


 


Firuzə Əliyeva

Sfera.az