Tamilla Vaqifqızı ailə həyatı qurub.


 


Sfera.az-a daxil olan məlumata görə, Tamilla Vaqifqızı Türkiyə vətəndaşı Nurullah Baburhanla nikaha daxil olub. Cütlüyün toy mərasimi Bakıda baş tutub.


 


Mərasimdə ailə üzvləri ilə yanaşı, mədəniyyət, incəsənət, televiziya və ictimai-siyasi sahələrin tanınmış nümayəndələri də iştirak ediblər.


 


Qonaqlar sırasında “Mədəniyyət” telekanalının direktoru Dilarə Səlim, aparıcılar İlhamiyyə Rzayeva, Rövşanə Ağasəfqızı, Zamirə Dadaşova, Nübar Əbil, Aynur Fətullayeva, Azər Süleymanlı, Tural Dadaşov, Ramal Hüseynov, Rəşad Mehdili, Rəvan Rəd, Fəxriyyə Limpar, eləcə də sənətçilər Elnur Məmmədov, Rəşad İlyasov və Nurlan Təhməzli yer alıblar.


 


Bildirilib ki, mərasimdə iştirak edən qonaqlar çıxış edərək gənc ailəyə xoşbəxtlik arzulayıb, öz təbriklərini çatdırıblar.


 


Qeyd edək ki, uzun illər televiziya sahəsində fəaliyyət göstərən Vaqif Fərəcov 13 il Azərbaycan Televiziyasında, 17 il isə İctimai Televiziyada çalışıb.


 


Vaqif və Gülər Fərəcovların iki övladı var – Tamilla və Fərid.