Bu ilin ilk rübündə (yanvar-fevral-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat vəsait xərcləyib.


 


Sfera.az Yeniavaz.com-a istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.


 


Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3,9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub - ayda adambaşına orta hesabla 1,4 manat.


 


Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:


 


Bakı - 2,5 manat;


Abşeron-Xızı - 2,5 manat;


Dağlıq Şirvan - 1,6 manat;


Gəncə-Daşkəsən - 2,5 manat;


Qarabağ - 2,4 manat;


Qazax-Tovuz - 3,9 manat;


Quba-Xaçmaz - 2 manat;


Lənkəran-Astara - 1,4 manat;


Mərkəzi Aran - 2,5 manat;


Mil-Muğan - 2,2 manat;


Naxçıvan - 2,4 manat;


Şəki-Zaqatala - 2,6 manat;


Şərqi Zəngəzur - 2,2 manat;


Şirvan-Salyan - 1,5 manat.