"Azərbaycan Dəmir Yolları" (ADY) yay mövsümündə artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarla daşımaları genişləndirir.


 


Sfera.az xəbər verir ki, tətil və məzuniyyət dövrü ilə əlaqədar sərnişin axınının artması gözlənilir. Bu səbəbdən 11 iyundan etibarən Bakıdan, 12 iyundan isə Tbilisidən hərəkət edən qatarlara əlavə vaqonlar qoşulacaq. Bununla da daha çox sərnişinin rahat və təhlükəsiz şəkildə daşınması təmin ediləcək.


 


Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.


 


Qeyd edək ki, ADY yay səyahətlərində sərnişinlərə uğurlar arzulayıb.