2026-cı ilin yanvar-may ayları ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı artıb.


 


Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ÜDM-də artım sürəti zəif olsa da, bəzi sahələrdə ciddi böyümə qeydə alınıb.


 


Həmin sahələr arasında ilk sırada informasiya və rabitə xidmətləri dayanıb. Burada istehsal real qiymətlərlə 10,1 faiz artıb.




Nəqliyyat və anbar təsərrüfatı xidmətlərində də artım sürəti böyükdür. Burada real dəyərdə artım 6,8 faiz təşkil edib.




Artımın qeydə alındığı digər sahələrdən qeyri-neft-qaz sənayesində 5,8 faiz, pərakəndə ticarət dövriyyəsində 3,8 faiz artım müşahidə olunub.


 


Vasif

Sfera.az