Millət vəkili Fazil Mustafa bölgələrdəki kitabxanaların vəziyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.


 


Sfera.az xəbər verir ki, deputat ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən kitabxanalarda olduğunu və acınacaqlı mənzərələrlə qarşılaşdığını bildirib.


 


"Pirallahıdan Hacıqabula qədər çox kitabxanalarda olmuşam. Siçovulların gəzişdiyi, döşəmələri çürümüş, istiliyi olmayan kitabxanalar görmüşəm. Bu gün gördüyümüz problemlər son 30-40 ilin nəticəsidir", - o bildirib.


 


Deputat hesab edir ki, kitabxana sistemində islahatlara ilk növbədə infrastrukturun yaxşılaşdırılmasından başlanmalıdır.


 


Firuzə Əliyeva

Sfera.az