Azərbaycanda peşə seçiminə yanaşma əmək bazarında problemlər yaradır.


 


Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.




Nazir bildirib ki, yuxarı sinif şagirdlərinin əksəriyyəti gələcək peşələri barədə deyil, qəbul imtahanı qrupları barədə düşünür.




“Uşaqlardan soruşanda ki, kim olmaq istəyirsiniz, cavab verirlər ki, mən ikinci qrupam, yaxud üçüncü qrupam. İnsan həyat peşəsini müəyyən edən suala cavab olaraq "mən üçüncü qrupam" deyirsə, bu, həqiqətən də çox ciddi problemdir”, - deyə o vurğulayıb.




Nazirin sözlərinə görə, balına uyğun olaraq müxtəlif peşələr arasında seçim edən gənclərin sayı az deyil və bu yanaşmanın nəticələri sonradan əmək bazarında da hiss olunur.


 


Firuzə Əliyeva

Sfera.az