Məktəblər və təhsil sistemi alternativ informasiya mənbələrinin artdığı yeni reallığa uyğunlaşmalıdır.
Sfera.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
Nazirin sözlərinə görə, internet və sosial media vasitəsilə yayılan məlumatların həcmi sürətlə artır və bu prosesin qarşısını almaq mümkün deyil.
“Alternativ mənbələrin sayı və təsiri artır. Bununla mübarizə aparmaq uğursuz strategiyadır. Daha düzgün yol həmin mənbələri tənzimləmək və onları məktəb mühitinə düzgün şəkildə inteqrasiya etməkdir”, – deyə o bildirib.
Emin Əmrullayev hesab edir ki, təhsil sistemi müasir informasiya mühitinin yaratdığı imkanlardan istifadə etməli və uşaqların bu resurslardan faydalanmasına şərait yaratmalıdır.
Firuzə Əliyeva
Sfera.az